Rusiyanın Barnaul şəhərində əməliyyat zamanı ayılan qadın Altay Regional Müharibə Veteranları Xəstəxanasını məhkəməyə verib.
Qaziler.az bildirir ki, altai.aif.ru-nun məlumatına görə, məhkəmə xəstəxananı Mariya Şalqanovaya çəkdiyi əziyyətə görə mənəvi təzminat kimi 40 min rubl ödəməyə məcbur edib.
Hər şey 2021-ci ilin aprel ayının sonunda baş verib. Mariya planlı əməliyyat üçün xəstəxanaya gedib. Ona narkoz verilib. Qadın yuxuya getsə də qısa müddətdən sonra oyanıb, lakin heç bir işarə verə bilməyib. Həkim əməliyyata başlayıb və o zaman Mariya huşunu itirib.
“Ağrıdan huşumu itirdim. İmplantı mənim bədənimə yerləşdirəndə yenidən ayıldım. Hər tikişi hiss etdim. Mənim edə biləcəyim tək şey sağ qalmaq üçün dua etmək idi”, - deyə Mariya xatırlayır.
Məhkəmələr 2021-ci ildən davam edir, iki instansiya iddiaları rədd etdi və yalnız 2023-cü ilin sonunda Səkkizinci Ümumi Yurisdiksiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək işi yeni məhkəmə baxışına göndərib.
Məhkəmə sonda Marianın bəyan etdiyi 3 milyon rubl əvəzinə 40 min rubl təzminat ödəməyə qərar verib.
QAZİLER.AZ