Böyük Britaniyanın sabiq baş naziri (2019-2022) Boris Conson fevral ayında Karakasa gizli səfər edib. Səfər çərçivəsində B.Conson Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.
QAZILER.AZ Trend-e istinaden verdiyi məlumata görə, bu barədə "The Sunday Times" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, B.Conson ailəsi ilə birlikdə istirahət etdiyi Dominikan Respublikasından şəxsi təyyarəsi ilə Karakasa gəlib. Ümumilikdə o, Venesuelada 24 saatdan az vaxt keçirib.
Qeyd olunub ki, keçmiş baş nazir N.Maduro ilə Venesuelanın Rusiyaya silah və digər hərbi texnika tədarükünün mümkünlüyü ilə bağlı spekulyasiyalar fonunda Ukraynadakı münaqişəni müzakirə edib.
Bundan əlavə, B.Conson Venesuela ilə Maduro hökumətinin Böyük Britaniya arasında münasibətlərin normallaşdırılması şərtlərini müzakirə edib.