Ermənistanda 50 məhkum müddətsiz aclıq aksiyasına başladı

Ermənistanda 50 məhkum müddətsiz aclıq aksiyasına başladı backend

Ermənistanın “Nubaraşen” islah-əmək düşərgəsində ömürlük məhkumların aclıq aksiyası davam edir. APA TV-nin məlumatına görə, müddətsiz aclıq aksiyasına 50 məhkum qoşulub. Ədliyyə Nazirliyinin rəsmiləri məlumatı təsdiqləyiblər, onların sözlərinə görə, aclıq keçirən məhkumların səhhəti həkim nəzarətindədir.


Aksiyada iştirak edən məhkumların yaxınları isə bu gün Hökumət Evinin qarşısında aksiya keçirəcəklər. Onlar hökumətdən vaxtından əvvəl azad olunma şərtlərinin ömürlük məhkumlara da şamil edilməsini istəyir.

Diaspora