Qərb ölkələri və iri şirkətlərin rəhbərləri Rusiya-Ukrayna münaqişəsindən sonra Ukraynanın 1 trilyon dollardan çox vəsait tələb edə biləcəyi genişmiqyaslı yenidənqurmaya hazırlaşır.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, "Bloomberg bu barədə Avropa İnvestisiya Bankının məlumatlarına istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, özəl investorlar artıq Ukraynaya pul yatırmağa başlayıblar, türk şirkətləri isə Ukrayna şəhərlərində yolları və körpüləri bərpa edir.
Nəşrin ekspertlərinin fikrincə, 5-10 il ərzində ölkənin infrastrukturunu bərpa etmək üçün təxminən 3,5 milyon ton polad lazımdır. Böyük Qərb konsernilərindən biri artilleriya sursatları istehsalı müəssisəsi tikməyi, digəri isə tikinti materialları istehsalı üzrə müəssisə qurmağı planlaşdırır.
Bundan əvvəl avstraliyalı milyarder Endryu Forrest Ukraynada minaların təmizlənməsi üçün 3,3 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlamışdı .
Milyarderin keçmiş həyat yoldaşının rəhbərlik etdiyi Mindero Fondu Ukraynanın fermerlər üçün təhlükəsiz olması üçün məhsul yetişdirilən ərazilərdə minaların təmizlənməsinə 5 milyon Avstraliya dolları (3,3 milyon dollar) göndərəcək.