Səthi qaynayan yeni planet kəşf edildi: Qaranlıq tərəfində nələr var?

Səthi qaynayan yeni planet kəşf edildi: Qaranlıq tərəfində nələr var? backend

Astronomlar kosmosun dərinliklərində bütün səthi dərin su hövzəsi ilə örtülmüş bir planet kəşf ediblər.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Kembric Universitetinin astronomları ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus "James Webb" teleskopu ilə apardıqları müşahidələr nəticəsində bütün səthi dərin su kütləsi ilə örtülmüş planet aşkar ediblər.

Bu planet Yerdən 70 işıq ili uzaqda yerləşir. Ölçüsü Yerdən iki dəfə böyük olan planetdən su buxarının, metan və karbon qazının kimyəvi izləri müşahidə edilib.

Mütəxəssislər planetin yaşayış üçün yararlı olub-olmaması ilə bağlı məlumatlara malik olmadıqlarını bildiriblər.

Planet alimlər arasında "TOI-270 d" kimi tanınır.

Planetdə yaşayış standartları, yəqin ki, Yerdən tamamilə fərqlidir. Alimlərin fikrincə, planetin qaranlıq tərəfində daha çox yaşayış şəraiti ola bilər.

 

Diaspora