Ermənistanın baş naziri Nikol Paşinyan martın 8-də parlamentdə hakim "Mülki müqavilə"nin nümayəndələri ilə qapalı görüşdə Misirə iki günlük rəsmi səfərdən məyus olduğunu gizlətməyib.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Nəşr qeyd edir ki, bu, Misir prezidentinin ötən ilin yanvarında Ermənistana səfərinə cavab idi. Bununla belə, hakimiyyət Paşinyanın səfərinə müəmmalı və həddindən artıq əhəmiyyət verməyə çalışıb, hətta silah alqı-satqısına dair sövdələşmənin müzakirəsinin mümkünlüyü barədə şayiələr də yayıb.
"Lakin deputatlarla görüşdə baş nazir səfəri adi adlandırıb və hətta bu səfərdən dövlət vəsaitinin israf edilməsindən başqa heç nə gəlmədiyindən məyusluğunu belə gizlətməyib", - qəzet yazır.
Qeyd edək ki, martın 5-də Ermənistanın baş naziri Misirə iki günlük rəsmi səfərə gedib. O, Misirin Baş naziri Mustafa Madbouli, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt, Kopt Pravoslav Kilsəsinin Patriarxı, İsgəndəriyyə Papası və Patriarx ilə görüşlər keçirib.