Kanadanın müdafiə naziri orduya daha çox pul ayırmağa çağırıb

Kanadanın müdafiə naziri orduya daha çox pul ayırmağa çağırıb backend

Kanada ordusuna xərclərini artırmalıdır və artıracaq. Ukraynadakı müharibə sərmayələri daha da aktuallaşdıran amildir.

Qaziler.az bildirir ki, “Reuters”in xəbərinə görə, bunu Kanadanın müdafiə naziri Bill Bleyr deyib.

Kanada NATO-nun qurucu üzvüdür və onilliklər ərzində ÜDM-in 2%-ni müdafiəyə xərcləmək hədəfini əldən verib.

"Kanada müdafiəyə daha çox pul xərcləməlidir və edəcək. Biz bilirik ki, daha çox iş görməliyik", - Blair deyib.

O əlavə edib ki, iqlim dəyişikliyi, eləcə də Ukrayna və Yaxın Şərqdəki müharibələr investisiyaları daha aktuallaşdıran amillərdir.

QAZİLER.AZ

Diaspora