Çexiya Ukrayna üçün 800 min mərmi almaq üçün pul topladı - Pavel

Çexiya Ukrayna üçün 800 min mərmi almaq üçün pul topladı - Pavel backend

Çexiya Ukrayna üçün 800 min artilleriya sursatı almaq üçün pul toplayıb. Çexiyanın təşəbbüsü ilə keçiriləcək toplantıya daha 18 ölkə qatılacaq.

Qaziler.az bildirir ki, “Ceske Noviny”nın xəbərinə görə, bunu Çexiya prezidenti Petr Pavel deyib.

“Bu səhərə qədər biz bütün sursatların alınması üçün ümumi məbləği, yəni 800 min ədədin alınması üçün məbləği topladıq”, - Çexiya Prezidenti bildirib.

Pavelin sözlərinə görə, növbəti addım Çexiya hökuməti ilə memorandumun imzalanması və qarşılıqlı əlaqələrin qurulması olacaq.

“Çexiya tərəfi yardım göstərən bütün ölkələrə cədvəl və bundan sonra necə davam edəcəyimiz barədə məlumat verəcək”, - deyə prezident bildirib.

Eyni zamanda prezident qeyd edib ki, döyüş sursatları yaxın həftələr ərzində Ukraynada olmalıdır.

QAZİLER.AZ

Diaspora