Yunanıstanın baş naziri Kiriakos Mitsotakis martın 7-də Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında Rusiyanı Avropanın düşməni adlandırıb.
Qaziler.az bildirir ki, yunan siyasətçinin sözlərini ERT telekanalı sitat gətirir.
“Avropanın ən qaranlıq saatında biz Ukraynaya qətiyyətimizi və sarsılmaz dəstəyimizi misli görünməmiş – bəzi düşmənlərimizi təəccübləndirən birliklə nümayiş etdirdik”, – Mitsotakis bildirib.
Onun sözlərinə görə, Avropa Rusiyaya açıq-aydın siqnal göndərir ki, Avropa dövlətləri “lazım olduğu qədər” Ukraynanı dəstəkləməyə davam etməkdə qərarlıdırlar.
Digər məsələlərlə yanaşı, Mitsotakis Yunanıstanın adambaşına ən çox müdafiə xərclərinə malik NATO ölkələrindən biri olduğunu da bildirib.
QAZİLER.AZ