Rusiyalı futbolçu Ukraynada öldürüldü

Rusiyalı futbolçu Ukraynada öldürüldü backend

Moskva “Dinamo”sunun tərkibində futzal üzrə ikiqat Rusiya çempionu, Rusiya milli komandasının sabiq futbolçusu Vyaçeslav Moskalenko xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə-red.) zonasında ölüb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Futzal Assosiasiyasının saytında məlumat verilib.

İdmançının ölüm şəraiti və yeri dəqiqləşdirilməyib. Moskalenkonun 43 yaşı var idi.

Futbolçunun mini-futbol üzrə kubokda üç, Rusiya Superkubokunda isə bir qələbəsi var. O, millidə də 19 oyun keçirib və 10 qol vurub.

QAZİLER.AZ

Diaspora