Zalujnı Böyük Britaniyaya səfir təyin edildi - Ukrayna XİN-in məlumatı

Zalujnı Böyük Britaniyaya səfir təyin edildi - Ukrayna XİN-in məlumatı backend

Ukrayna Silahlı Qüvvələrinin  keçmiş baş komandanı Valeri Zalujnı Böyük Britaniyaya səfir təyin edilib.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəlib”, - diplomatik departamentin nəşrində deyilir.

Qeyd olunur ki, Zalujnının namizədliyi indi Britaniya hakimiyyəti tərəfindən təsdiqlənməlidir.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanına Londonda səfir vəzifəsi təklifi fevralın əvvəlində məlum olub. Jurnalistlərin sözlərinə görə, Zalujnı sonra belə bir təyinatdan imtina edib.

QAZİLER.AZ
 

Diaspora