Ağ Ev İsveçin NATO-ya daxil olma tarixini TƏSDİQLƏDİ

Ağ Ev İsveçin NATO-ya daxil olma tarixini  TƏSDİQLƏDİ backend

Ağ Ev İsveçin martın 7-də rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağını təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

ABŞ prezidenti Co Bayden administrasiyasının bəyanatında deyilir: “İsveç 7 mart 2024-cü ildə rəsmi olaraq NATO alyansına qoşularaq onun 32-ci müttəfiqinə çevrilir”.

Qeyd edilib ki, martın 6-da baş nazir Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfər ediblər. “Dagens Nyheter” nəşri bunun yaxın günlərdə ABŞ-ın İsveçin NATO-ya rəsmi üzvlüyünü elan edəcəyinə işarə ola biləcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora