Si Cinpin Silahlı Qüvvələri hərbi münaqişələrə hazırlaşmağa çağırıb çağırıb

Si Cinpin Silahlı Qüvvələri hərbi münaqişələrə hazırlaşmağa çağırıb çağırıb backend

Çin prezidenti Si Cinpin silahlı qüvvələri dənizdə hərbi münaqişələrə hazırlığı əlaqələndirməyə və ölkənin dəniz sərhədlərini və maraqlarını qorumağa çağırıb.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, o, bu barədə Çin parlamentinin illik iclasında bildirib.

Bildirilir ki, ÇXR rəhbərinin sözlərinə görə, ölkədə kiberməkandan müdafiə sistemi yaratmaq və milli şəbəkə təhlükəsizliyini qorumaq imkanlarını təkmilləşdirmək lazımdır.

Qeyd edilib ki, ötən ilin sentyabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyana səfəri zamanı Rusiya Federasiyası ilə Şimali Koreya və Çin arasında birgə dəniz təlimləri keçirməyi təklif etmişdi.

QAZİLER.AZ

Diaspora