Rusiya prezidenti Vladimir Putin spirtli içkilər, xüsusən də güclü spirtli içkilər içməməyə çalışdığını bildirib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir. Rusiya lideri Krasnodar Ali Hərbi Aviasiya Məktəbinin məzunlarının sualını cavablandırarkən, bildirib ki, sağlamlığa qayğı təkcə şəxsi deyil, həm də milli miqyasdadır.
“Alkoqoldan praktiki olaraq imtina edirəm, əlbəttə ki, güclü içkilər içməməyə çalışıram”, Putin deyib.
Putin soyuq su ilə möhkəmlənməyi sağlamlığı qorumaq üçün ən təsirli üsul adlandırıb.
"Mən hələ uşaq olanda Leninqradda yaşayırdım və kommunal mənzilimizdə hamam belə yox idi. Amma buna baxmayaraq, qışda həyətə çıxıb özümü qarla silirdim”, - deyə Putin bildirib.
QAZİLER.AZ