Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır backend

Avropa İttifaqı müxalifət lideri Aleksey Navalnının ölümü ilə əlaqədar yeni anti-Rusiya sanksiyaları tətbiq etmək istəyir.

Qaziler.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, qara siyahıya 35 fiziki və iki hüquqi şəxs daxil ediləcək.

Aİ Aleksey Navalnının ölümü ilə bağlı yeni sanksiyalar təklif edəcək. Məhdudlaşdırıcı tədbirlər 35 fiziki və iki hüquqi şəxsə şamil ediləcək”, - deyə məqalədə bildirilir.

Agentliyin məlumatına görə, sanksiyalar məmurlara, həbsxana işçilərinə və məhkəmə sisteminə təsir edəcək. Onların adları hələlik çəkilmir.

QAZİLER.AZ

Diaspora