Yaxın Şərq ölkəsində küçələrdə Putinin portretləri asılıb - FOTO

Yaxın Şərq ölkəsində küçələrdə Putinin portretləri asılıb - FOTO backend

Livanın paytaxtı Beyrutun ətrafında Rusiya prezidenti Vladimir Putinin portretləri olan nəhəng reklam lövhələri görünüb. Plakatlarda Rusiya bayraqları və ölkənin dövlət rəmzləri də təsvir olunub.

Qaziler.az bu barədə “RİA Novosti” istinadla xəbər verir.

Bəzi reklam lövhələrində Vladimir Putindən sitatlar da gətirilib. Bundan əlavə, Beyrutdakı reklam lövhələrində martın 15-dən 17-dək Rusiyada keçiriləcək prezident seçkilərinin tarixi də göstərilib.

Agentlik qeyd edir ki, bu, Livanın paytaxtında Rusiya ilə bağlı plakatların peyda olması ilk dəfə deyil. Belə ki, Beyrutda dəfələrlə Qələbə Gününə, eləcə də Milli Birlik Gününə həsr olunmuş bannerlər asılıb.

QAZİLER.AZ

Diaspora