Trampla Bayden arasında güclü rəqibin adını açıqlanıb

Trampla Bayden arasında güclü rəqibin adını açıqlanıb backend

ABŞ prezidentliyinə müstəqil namizəd, keçən il Demokratlar Partiyasının sıralarını tərk etmiş kiçik Robert Kennedi seçki yarışının liderləri Co Bayden və Donald Tramp üçün ciddi rəqibdir.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu politoloq Vadim Siprov portala müsahibəsində deyib. Onun sözlərinə görə, bu gün biz əminliklə deyə bilərik ki, Tramp hələ də bu ilin noyabrında keçiriləcək seçkilərin qalibi olacaq.

“Kennedinin proqramı ABŞ-da korporasiyaların hökumətə artan təsirinin qarşısını almaq məqsədi daşıyır. Peyvənd əleyhinə gündəm də kifayət qədər güclü şəkildə işlənib hazırlanmışdır. İndi Amerikada yerli Covid-19 peyvəndinin təhlükəli olduğunu və çoxlu ölümlərə səbəb olduğunu artıq başa düşürlər”, - siyasi ekspert izah edib.

Həmçinin, politoloqun sözlərinə görə, Kennedi Amerika siyasətçilərinin məşhur ailəsinə mənsub olmasından üstünlük kimi istifadə etməyi gözləyir. Buna baxmayaraq, Siprovun fikrincə, qələbə Donald Trampda qalacaq. Buna sübut kimi 15 ştatda keçirilən super çərşənbə axşamı - Respublikaçılar Partiyasının praymerizinin nəticələri olub. Onlardan 14-ü Trampa üstünlük verib. Bundan əlavə, seçici sorğularına əsasən, Respublikaçı namizəd Tramp artıq hazırkı Demokratlar Partiyasının prezidenti Co Baydeni nəzərəçarpacaq dərəcədə qabaqlayır və fərq artmaqda davam edir.

QAZİLER.AZ

Diaspora