Avropanın ən böyük silah istehsalçılarından biri Kiyevə öz ağır sursat istehsalını artırmaqda kömək etmək niyyətindədir.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, “Czechoslovak Group AS” Ukraynaya yüz milyonlarla avro sərmayə qoymağı planlaşdırır.
Milyarder və baş icraçı direktor Mixal Strnad bildirib ki, CSG dövlət silah konserni Ukroboronprom ilə birgə müəssisə yaratmaq barədə danışıqlar aparır və artilleriya və tank mərmiləri, eləcə də ağır texnika istehsalı üçün uyğun yerlər axtarır.
Onun sözlərinə görə, təkcə CSG Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalından sonra Slovakiya, İspaniya və Serbiyadakı fabriklərində iri çaplı sursat istehsalını 10 dəfədən çox artırıb.
Bloomberg milyarderdən sitat gətirib: "Belə sürətli artımı idarə etmək asan deyil. Razılaşsaq, texnologiyamızı Ukraynaya ötürəcəyik. Beləliklə, biz onların imkanlarından və insanlarından artilleriya və tank sursatlarının istehsalını artırmaq üçün istifadə edə bilərik".
QAZİLER.AZ