Almaniyada kişi COVID-19-a qarşı 217 dəfə vaksin vurdurub

Almaniyada kişi COVID-19-a qarşı 217 dəfə vaksin vurdurub backend

Almaniyanın Maqdeburq şəhərinin sakini virusa qarşı “super müdafiə” formalaşdırmaq üçün 217 dəfə COVID-19-a qarşı peyvənd olunub.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Erlangen-Nürnberq Universitetinin saytında məlumat verilib.

Alimlər qəzetlərdə həddindən artıq peyvənd olunmuş adam haqqında oxuduqlarını söyləyiblər. Bundan sonra onlar 62 yaşlı vətəndaşı çoxsaylı peyvəndin sağlamlığına necə təsir etdiyini öyrənmək üçün müayinəyə dəvət etmək qərarına gəliblər.

Nəşr aydınlaşdırır ki, həddindən artıq tez-tez peyvənd olunduğuna görə, kişinin bədəninə daxil olan virus antikorlara vərdiş edə bilər. Nəticədə peyvənd alman kişinin immunitetini gücləndirmək əvəzinə zəiflədə bilər.

Lakin araşdırmalar zamanı məlum olub ki, Maqdeburq sakini peyvəndin mənfi nəticələrindən qaça bilib. Alimlərin fikrincə, onun immun sistemi hazırda tam normal işləyir.

QAZİLER.AZ

Diaspora