Putin xarici dil öyrənmək istəməyənlərdən danışdı

Putin xarici dil öyrənmək istəməyənlərdən danışdı backend

"Onlayn tərcümələr xarici dilləri bilmənin dəyərini əvəz edə bilməz".

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında iştirak edən əcnəbi tələbələrlə görüşündə deyib.

“Xarici dil öyrənmək tamamilə tanış olmayan dünyaya qapı açır”, - Putin deyib.

O qeyd edib ki, bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, xarici dilləri öyrənmək heç də lazım deyil, kompüterin köməyinə müraciət etmək olar. Putinin sözlərinə görə, onlayn tərcümə “özünüzü başqa mədəniyyətə, başqa dünyaya inteqrasiya etmək imkanı vermir”.

“Puşkini orijinalda oxumaq və ya Höteni orijinalda oxumaq -  rəssamın və ya yazıçının yaşadığı dünyanı qavramaq tamamilə fərqlidir”, - deyə Rusiya lideri əlavə edib.

QAZİLER.AZ

Diaspora