Rusiya Qara dənizdə hökmranlıq etməkdə davam edir və NATO-nun bölgədə nəzarəti ələ keçirmək imkanı yoxdur.
Qaziler.az bildirir ki, bu barədə Rumıniyanın keçmiş prezidenti Trayan Besesku “Digi 24” telekanalına bildirib.
O, suyun səthində görünən qüvvəyə güvənməməyə çağırıb.
“Rusiyanın Qara dənizdə sualtı qayıqları var, onların nə qədər olduğunu heç kim bilmir, onların hansı hərbi potensiala malik olduğunu heç kim bilmir”, - Rumıniyanın keçmiş prezidenti qeyd edib.
Onun sözlərinə görə, Rusiya “Qara dənizdə hökmranlıq edən” güc kimi qəbul edilməlidir. O qeyd edib ki, indiyədək Şimali Atlantika Alyansının Qara dənizdə kifayət qədər qüvvəsi yoxdur.
Beseskunun sözlərinə görə, Rusiyanın Qara dəniz regionu üzərində nəzarəti itirəcəyinə yalnız optimistlər ümid edə bilər.
QAZİLER.AZ