Rusiya Daxili İşlər Nazirliyi Amerikanın “Washington Examiner” nəşrinin jurnalisti Tom Roqanı axtarışa verib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. Həmin şəxsin Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verilməsi barədə məlumat verilməyib.
"Roqan Tom, 02/08/1986. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.
2018-ci ilin yazında Roqan bir məqalə dərc edib. Hansı ki, həmin məqalədə o, "Ukrayna Krım körpüsünü partlatmalıdır" fikrini qeyd edib.
QAZİLER.AZ