Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı şəhər atəşə tutulub

Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı  şəhər atəşə tutulub backend

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində beş nəfər ölüb.

“Report” “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib.

“Düşmən şəhərin liman infrastrukturuna zərbə endirib. Beş nəfər həlak olub”, – hərbi qurumun nümayəndəsi açıqlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da səhər saatlarında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə şəhərdə olduğu zaman Rusiyanın Odessaya endirdiyi zərbəni gördüyünü deyib. O həmçinin qeyd edib ki, Rusiyanın bu həmləsi sonucunda ölən və yaralananlar olub.

Diaspora