Rusiyanın “Su-30” qırıcısı Qara dəniz üzərində uçan Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Typhoon” qırıcısını, eləcə də bir “RC-135” təyyarəsini geri qaytarıb.
Qaziler.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. İdarədən verilən məlumata görə, Rusiya sərhədinin pozulması halı olmayıb.
“Rusiya qırıcı ekipajı hava hədəflərini “RC-135” elektron kəşfiyyat və elektron döyüş təyyarəsi və iki çoxməqsədli qırıcı “Typhoon”u müəyyən edib. Rusiya qırıcısı yaxınlaşanda xarici hərbi təyyarələr Rusiya Federasiyasının Dövlət Sərhədindən dönüş edib”, - nazirlik qeyd edib.
Müdafiə Nazirliyi əlavə edib ki, rus qırıcısı sağ-salamat öz aerodromuna qayıdıb. Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsinin uçuşu hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.
QAZİLER.AZ