İlon Mask Trampın prezidentlik kampaniyasına sponsorluq edəcək? - Özündən açıqlama

İlon Mask Trampın prezidentlik kampaniyasına sponsorluq edəcək? - Özündən açıqlama backend

Amerikalı milyarder İlon Mask "Twitter" (X) sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidentliyinə namizədlərin heç birinə sponsorluq etmədiyini bildirib.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

Belə ki, iş adamı ABŞ-ın keçmiş prezidenti, respublikaçı Donald Trampın onunla görüşərək seçki kampaniyasının maliyyələşdirilməsini müzakirə etməsi ilə bağlı şayiələrə cavab verib. ABŞ seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

“Vəziyyəti aydınlaşdırmaq üçün: mən prezidentliyə namizədlərin heç birinə pul ianə etmirəm”, - deyə Mask bildirib.

Mask qarşıdan gələn seçkilərdə kimi dəstəklədiyi sualına dəqiq cavab verməyib. Bununla belə, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenə səs vermək niyyətində olmadığını qeyd edib.

QAZİLER.AZ

Diaspora