İsveç martın 7 və ya 8-də rəsmi olaraq NATO-ya üzv ola bilər.
Qaziler.az bildirir ki, bu barədə “Dagens Nyheter” qəzeti yazır.
Onun məlumatına görə, Macarıstanın martın 6-da ölkənin ABŞ-a qoşulma protokolunu təhvil verəcəyi gözlənilir. Bundan sonra İsveç Alyansın tamhüquqlu üzvü olana qədər bir neçə gün keçəcək.
“Macarıstanın İsveçin NATO-ya daxil olma protokolunu cümə axşamı ABŞ-a təhvil verəcəyi gözlənilir. Baş nazir Kristersson və xarici işlər naziri Billström çərşənbə günü Vaşinqtona səfər edəcək. Bu o deməkdir ki, İsveç cümə axşamı və ya cümə günü alyansın tamhüquqlu üzvü ola bilər”, - nəşr qeyd edib.
QAZİLER.AZ