ABŞ Əfqanıstanda hərbi təsirini saxlayıb - Fitrat

ABŞ Əfqanıstanda hərbi təsirini saxlayıb - Fitrat backend

Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi mövcudluğunu məhdudlaşdırıb, lakin yenə də respublikanın hava məkanına nəzarət edir.

Qaziler.az xəbər verir ki, bunu Əfqanıstan ordusunun Baş Qərargah rəisi Kari Fasihuddin Fitrat” TOLOnews” telekanalına bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ABŞ hərbçiləri regionda mütəmadi patrulluq edən pilotsuz təyyarələrdən istifadə edir.

"PUA-lar vaxtaşırı patrul aparır və Əfqanıstan hava məkanı hələ də amerikalıların nəzarətindədir. Onlar (PUA-lar) qonşu ölkələrdən birindən Əfqanıstan ərazisinə daxil olurlar”, - o bildirib.

Fitrat həmçinin xəbərdarlıq edib ki, "Taliban" qoşunları Əfqanıstanla sərhəddə güc tətbiq etmək qərarına gələrsə, Pakistana da eyni şəkildə cavab verməyə hazırdır.

QAZİLER.AZ

Diaspora