Bolqarıstan hökuməti vəd etdiyi zirehli transportyorları Ukraynaya göndərməyə başlayıb.
Qaziler.az bildirir ki, bu barədə BTV xəbər verir.
Nəşrin məlumatına görə, ilk zirehli transportyor platformaya yüklənərək Sofiyadakı Jandarma Baş İdarəsinin bazasından Novi İskaradakı dəmir yolu stansiyasına yola düşüb.
Ukraynaya ümumilikdə 110 zirehli transportyor göndəriləcək. Onların köçürülməsinə Müdafiə Nazirliyi cavabdehdir.
Texnikanın daşınması bu gün başlayıb və onlar altı dəstdə daşınacaq.
QAZİLER.AZ