Normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər - Puqaçova

Normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər - Puqaçova backend

Məşhur müğənni Alla Puqaçova Rusiyanı tərk etməsi ilə bağlı sənətçi Stas Mixaylovun tənqidlərinə cavab verib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, müvafiq postu Rusiya Federasiyasında qadağan edilən İnstaqram hesabında paylaşıb.

Məşhur müğənni Mixaylovun ölkəni tərk edən məşhurların "hələ diz çökəcəklər" sözlərinə gülüb. “Stasik Mixaylov, sənə nə olub? Mənəm, səsi olmayan müğənni, qoca Alla Puqaçova. Bəli, mən sənin qarşında diz çökərdim, amma ayaqlarım əvvəlki deyil”, - deyə videoda qeyd edib.

Puqaçova onu da bildirib ki, normal insanlar Rusiyaya qayıtmaq fikrində deyillər. O, Mixaylova "bacardıqca çox pul qazanmağı" tövsiyə edib.

QAZİLER.AZ

Diaspora