Frankfurt hava limanı sabah sərnişinlər üçün bağlanacaq

Frankfurt hava limanı sabah sərnişinlər üçün bağlanacaq backend

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanını idarə edən "Fraport", təhlükəsizlik işçilərinin xəbərdarlıq tətili səbəbiylə sabah sərnişinlər üçün bağlanacağını açıqladı.

Qaziler.az bildirir ki, "Fraport"un verdiyi açıqlamada Frankfurt Hava Limanında təhlükəsizlik işçilərinin sabah tətil edəcəyi xatırladılıb.

Açıqlamada tətilin gün ərzində böyük ləngimələrə və uçuşların ləğvinə səbəb olacağı vurğulanan açıqlamada: "Təhlükəsizlik keçid məntəqələri bağlı qalacaq. Frankfurt Hava Limanından uçuş edən sərnişinlər qanuni olaraq tələb olunan təhlükəsizlik yoxlamalarından keçə bilməyəcəklər. Bütün sərnişinlərin hava limanına gəlməməsini tövsiyə edirik”, - deyə bildirilib.

Tətillə əlaqədar Hamburq hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.

QAZİLER.AZ

Diaspora