Müdafiə Avropa Birliyinə üzv dövlətlərin üzərinə düşür. Ona görə də ölkələrin bir orduya malik olmasındansa əməkdaşlıq etməsi daha yaxşıdır.
Qaziler.az-ın məlumatına görə, “Politico”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının ali nümayəndəsi Josep Borrel deyib.
"Müdafiə üzv dövlətlərin üzərinə düşür. Məsələ AB ordusunun olması deyil, 27 ordu arasında daha yaxşı əməkdaşlığın olmasıdır", - Borrel deyib.
İllərdir ki, Fransa, Almaniya və hətta Macarıstan AB-nin vahid ordusunun yaradılması üçün çağırış ediblər. Lakin son bir neçə ayda Avropa liderləri Aİ-nin müdafiə ambisiyaları ilə bağlı gərgin müzakirələr apardıqca, əsasən Aİ ordusuna çağıran səslər batdı.
QAZİLER.AZ