Qaqauz muxtariyyəti bölgənin xüsusi hüquqi statusunun Moldovanın ayrı-seçkilik siyasətindən qorunmasında Türkiyənin köməyinə ümid edir.
Qaziler.az bildirir ki, bu barədə martın 6-da Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul məlumat verib.
“Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir göstərəcək və bizim xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”, o, RİA Novosti-yə müsahibəsində bildirib.
O, həmçinin bildirib ki, ötən ilin sentyabrında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla bu məsələni müzakirə edib.
Eyni zamanda Qaqauziya rəhbəri əlavə edib ki, hazırda muxtariyyətin Moldovadan ayrılmasından söhbət getmir. Bundan əlavə, Qutsul bildirib ki, Moldova rəhbərliyi Avropa İttifaqına (Aİ) daxil olmaq istəyində Qaqauziyanın da fikrini nəzərə almalı olacaq.
QAZİLER.AZ