ABŞ-da "TikTok"-u qadağan edən qanun layihəsi hazırlanıb

ABŞ-da "TikTok"-u qadağan edən qanun layihəsi hazırlanıb backend

ABŞ Konqresinin Nümayəndələr Palatası ByteDance şirkətinə məxsus "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb.

Qaziler.az bildirir ki, bu barədə CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, Viskonsin ştatından respublikaçı Mayk Qallaher və İllinoys ştatından demokrat Raca Krişnamurti "Amerikalıları nəzarət edilən xarici düşmən tətbiqlərindən müdafiə aktı" adlı qanun layihəsi təqdim ediblər. Sənəddə sosial şəbəkənin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı bildirilir.

"Bu, mənim "TikTok"-a mesajımdır: Çin Kommunist Partiyası ilə əlaqələri kəsin və ya Amerika istifadəçilərinə girişi itirin", - Qallaher deyib.

CNBC qeyd edir ki, belə bir qanun layihəsi qəbul olunarsa, ByteDance-in "TikTok"-u satmaq üçün təxminən beş ay vaxtı olacaq, Apple və Google-a məxsus olan hosting şirkətləri və proqram mağazaları proqrama və digər istifadəçilərə dəstəyi dayandırmaq məcburiyyətində qalacaq.

“Müəlliflər bunu necə ört-basdır etməyə çalışsalar da, bu qanun layihəsi "TikTok"-a açıq qadağadır. Bu qanun 170 milyon amerikalının "Birinci Düzəliş" (ABŞ Konstitusiyası) hüquqlarını pozacaq və 5 milyon kiçik biznesi platformasından məhrum edəcək”, - deyə TikTok sözçüsü bildirib.

QAZİLER.AZ

Diaspora