Fransa Çexiyanın Ukrayna üçün 800 min artilleriya mərmisi almaq təşəbbüsünü dəstəkləyir və bu təşəbbüsdə iştirak edəcək.
Qaziler.az-ın məlumatına görə, Bloomberg xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
"Çexiya təşəbbüsü son dərəcə faydalıdır, biz onu dəstəkləyirik, bu təşəbbüsdə iştirak edəcəyik", - Makron Çexiya prezidenti Petr Pavellə görüşü zamanı deyib.
Sursatların alınması üçün ayrılan vəsaitdən danışan Makron deyib ki, “bu, ikitərəfli səfərbərlik, üçüncü tərəflərlə əməkdaşlıq, ikitərəfli maliyyələşdirmə, eləcə də Avropa maliyyəsi ola bilər”.
O, əlavə edib ki, Avropa Sülh Fondu silah-sursat almaq üçün də istifadə oluna bilər.
QAZİLER.AZ