Narışkin Navalnının ölüm səbəbindən danışıb

Narışkin Navalnının ölüm səbəbindən danışıb backend

Məhbus Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki islah koloniyasında təbii səbəblərdən ölüb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Düşünmürəm ki, bu, bir növ xüsusi plandır, təəssüf ki, insanların bir xüsusiyyəti var - gec-tez həyat qurtarır, ölürlər. Navalnıöz əcəli ilə ölüb”, - deyə o, “Rossiya 1” telekanalının “Solovyev Live” proqramına müsahibəsində deyib.

Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti gəzinti zamanı özünü pis hiss edən Aleksey Navalnının ölməsi barədə məlumat yayıb. Şöbədən bildiriblər ki, həkimlər yarım saatdan çox müddət ərzində onu həyata qaytarmağa çalışıblar. Navalnı cümə günü, martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib.

QAZİLER.AZ

Diaspora