Rusiyada Xəlilov adına Hərbi Musiqi Məktəbinin bir neçə kursantı naməlum infeksiya ilə Moskva xəstəxanasına yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə “112” teleqram kanalı yazıb.
Üçü azyaşlı olmaqla yeddi gəncin təcili xəstəxanaya yerləşdirilməsi tələb olunub. Lazımi testlərdən keçiblər. Xəstəliyin simptomları hələ də məlum deyil.
Hazırda həkimlər kursantlar arasında kütləvi xəstəliyin səbəblərini araşdırırlar. İlkin məlumatlara görə, onların hamısı meningokok infeksiyasına yoluxmuş ola bilər.
QAZİLER.AZ