Aİ Rusiya aktivlərindən əldə ediləcək gəlirləri hesablayıb

Aİ Rusiya aktivlərindən əldə ediləcək gəlirləri hesablayıb backend

"Avropa İttifaqı (Aİ) 2027-ci ilə qədər bloklanmış Rusiya aktivlərindən 15 milyard avroya qədər gəlir əldə etməyi gözləyir".

Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropanın ədliyyə komissarı Didye Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, regional birliyin ərazisində Rusiya Federasiyasının dondurulmuş 208 milyarda yaxın aktivi var. Reynders aydınlaşdırıb ki, assosiasiya yaxın həftələrdə onların gələcək istifadəsi ilə bağlı razılıq əldə etməyə ümid edir.

"Biz artıq hesablamışıq ki, 2027-ci ilə qədər təxminən 15 milyard avro gəlir əldə etmək mümkündür, lakin bu, faiz dərəcəsindən və bu məbləğlər üzrə ödəniləcək dividendlərdən asılı olacaq", - Avropa Komissiyasının (AK) üzvü bildirib.

QAZİLER.AZ

Diaspora