Macarıstanın dövlət başçısı Tamas Şuyok vəzifəsinin ilk günündə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını imzalayıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Macarıstan prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Respublika Prezidenti Tamas Şuyok bu gün İsveçin NATO-ya daxil olması ilə bağlı 26 fevral 2024-cü il tarixli parlament qərarını imzalayıb”, - Macarıstan dövlət başçısının mətbuat xidməti bildirib.
QAZİLER.AZ