Dünyada İLK: Yaponiyada canlı donorlardan eyni vaxtda ağciyər və qaraciyər transplantasiyası

Dünyada İLK: Yaponiyada canlı donorlardan eyni vaxtda ağciyər və qaraciyər transplantasiyası backend

Yapon mütəxəssisləri dünyada ilk dəfə canlı donorlardan həm ağciyərlərin, həm də qaraciyərin hissələrinin eyni vaxtda transplantasiyasını həyata keçiriblər. Noyabrda əməliyyatın keçirildiyi Kioto Universiteti Xəstəxanasının saytında verilən məlumata görə, xəstə martın əvvəlində evə buraxılıb.

Qaziler.az bildirir ki, bu barədə TASS xəbər verir.

10 yaşlı xəstə uşaqda anadangəlmə diskeratoz - mürəkkəb genetik xəstəlik olub, onun simptomları dərinin, selikli qişaların anomaliyaları, sümük iliyinin çatışmazlığı, bədxassəli xəstəliklərin inkişaf tendensiyasıdır. Donorlar sağ və sol ağciyərin hissələrini verən valideynlər, həmçinin həkimlərin transplantasiya üçün qaraciyərin bir hissəsini götürdüyü oğlanın babası olub.

Əməliyyatın özü ötən ilin noyabrında baş tutub. 18 saat davam edib və uğurla başa çatıb. Əməliyyatda 30-dan çox müxtəlif tibb mütəxəssisi iştirak edib.

Bundan sonra oğlan uzun bir reabilitasiya kursu keçib. O, bu ilin mart ayının əvvəlində xəstəxanadan buraxılıb. Xəstənin yaxınları da artıq özlərini normal hiss edir və həkimlərin nəzarətinə ehtiyac duymurlar.

QAZİLER.AZ

Diaspora