Mart ayında Rusiyada Çinin "Jetour" markalı avtomobillərinin yığılmasına başlanacaq.
Qaziler.az bildirir ki, bu barədə martın 5-də “İzvestiya”ya müsahibəsində “Jetour Auto”nun baş direktorunun köməkçisi və “Jetour”un beynəlxalq bazarlar üzrə baş direktoru Cek Çen danışıb.
Bütün modellər tam ötürücülük alacaq. Çərçivə üzərində kuzovlu yolsuzluq avtomobilləri, pikaplar və hibridlər olacaq. Maşınların dəqiq hansı zavodda istehsal ediləcəyi hələlik açıqlanmayıb.
Dashing, X70 Plus və X90 Plus krossoverləri hazırda Rusiyada satılır, "Jetour T2" modeli mart ayında bazara çıxacaq.
QAZİLER.AZ