Rusiya prezidenti Vladimir Putinə Stavropol vilayətindəki “Solneçnıy Dar” MMC-nin istixana kompleksinə səfəri zamanı pomidor yığa bilən robot nümayiş etdirilib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, səfər zamanı konveyer, istixana və robot nümayiş etdirildi. Cihaz pomidorların arasına quraşdırılıb və kompüter proqramı ilə idarə olunur.
"Solneçnıy Dar" aqrosənaye holdinqi "Eko-Mədəniyyət" daxilində ən böyük istixana kompleksidir, eyni zamanda Rusiya Federasiyasında və Avropada ən böyüklərindən biridir. Prezident səfər zamanı müəssisənin işçiləri ilə söhbət edəcək, istehsalata baxış keçirəcək.
Qaziler.az Rusiya mətbuatına istinadən videonu təqdim edir: