Trampa məşhur müğənninin musiqisindən istifadə etmək qadağan edilib

Trampa məşhur müğənninin musiqisindən istifadə etmək qadağan edilib backend

Təxminən bir il əvvəl vəfat edən irlandiyalı müğənni Şineyd O'Konnorun varisləri və "Chrysalis Records" leybl şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı onun musiqisindən seçki tədbirlərində istifadə etməməyə çağırıblar.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" yazıb.

“Nothing Compares 2 U” mahnısı Trampın Merilend ştatında keçirdiyi siyasi mitinq zamanı səsləndirilib.

Birgə bəyanatda O'Konnorun "dürüstlük, xeyirxahlıq, ədalət və vicdan ilə müəyyən edilən güclü əxlaq kodeksi" ilə yaşadığı qeyd edilib. Onlar müğənninin özünün sağlığında Trampı tənqid etdiyini də xatırladıblar.

QAZİLER.AZ

Diaspora