Almaniyada ekofəallar “Tesla” zavodunu işıqsız qoyub

Almaniyada ekofəallar “Tesla” zavodunu işıqsız qoyub backend

Almaniyada ekofəallar tərəfindən elektrik yarımstansiyasının yandırılmasından sonra “Tesla” zavodu, Ekner şəhəri və Berlinin iki rayonu işıqsız qalıb. Müəssisədən şəxsi heyətin təxliyyə edildiyi qeyd edilir.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri xəbər verib.

“Ekofəallar çərşənbə axşamı səhər Qrünheidedəki 12500 işçisi olan “Tesla” avtomobil zavodunun fəaliyyətini iflic ediblər. Bütün zavod, Ekner şəhəri və Berlinin bəzi əraziləri işıqsız qalıb”, - xəbərdə qeyd edilib.

Qeyd edək ki, sentyabr ayında “Son Nəsil” (Letzte Generation) ekoloji fəal hərəkatının üzvləri Berlinin simvollarından birinə – Brandenburq qapısına qırmızı və narıncı boya töküblər. Bununla da fəallar fosil enerji mənbələrindən istifadəyə etirazlarını bildiriblər. Hadisə yerinə gələn polis əməkdaşları 13 nəfəri saxlayıb.

QAZİLER.AZ

Diaspora