Hollivud aktyoru Brüs Uillisin həyat yoldaşı, model və aktrisa Emma Heminq-Uillisin onun vəziyyəti barədə danışıb.
Qaziler.az bildirir ki, aktrisa müvafiq postu “instaqram” hesabında dərc edib.
Heminq-Uillis, ərinin əzab çəkməsi ilə bağlı mediada yayılan şayiələri təkzib edib.
“Məqalədə deyilir ki, ərim artıq sevinmir. Sizə deyə bilərəm ki, yazılanlar həqiqətə uyğun deyil”, – o qeyd edib.
Sənətçinin həyat yoldaşı qeyd edib ki, jurnalistlərin bu cür məlumatları insanları qorxudur. Heminq-Uillisin sözlərinə görə, çox kədərli olmasına baxmayaraq, ailəsində çoxlu "sevgi, dəstək və sevinc" var.
Uillisin demensiya xəstəliyinə tutulması 2023-cü ilin payızında məlum olub. Bundan sonra sənətçinin keçmiş həyat yoldaşı Demi Mur, Heminq və Uillisin qızları ona gecə-gündüz qulluq etməyə başlayıblar.
QAZİLER.AZ