Fransa qəbul etdiyi qanunla dünyada ilkə imza atdı

Fransa qəbul etdiyi qanunla dünyada  ilkə imza atdı backend

Fransa dünyada qadının hamiləliyi dayandırmaq hüququnun konstitusiyada təsbit edən ilk ölkə olub.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, sözügedən qərarı martın 4-də Versal sarayında keçirilən qurultayda toplaşan respublika parlamenti təsdiqləyib.

1958-ci il konstitusiyasına belə bir maddə əlavə edildi: “Qadınların hamiləliyini könüllü olaraq dayandırmaq hüququna qanunla təminat verilir”.

Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir.

780 deputat maddənin konstitusiyaya daxil edilməsinin “lehinə”, 72 deputat isə “əleyhinə” səs verib.

QAZİLER.AZ

Diaspora