Şri-Lanka hakimiyyəti yeddi ölkənin, o cümlədən Rusiya vətəndaşlarına pulsuz vizaların verilməsi proqramını uzatmaq niyyətində deyil.
Qaziler.az “The Daily Mirror”a istinadla xəbər verir ki, bu barədə Şri-Lankanın ictimai təhlükəsizlik naziri Tiran Alles bildirib.
Onun sözlərinə görə, bu proqramı uzatmaq olmaz. Pilot layihə 2024-cü il martın 31-dək davam edəcək.
Fevral ayında Şri-Lanka mediası ölkənin immiqrasiya departamentinin göndərdiyi bildiriş haqqında məlumat vermişdi. Bildirişdə uzun müddətdir adada yaşayan Rusiya Federasiyası və Ukraynadan olan bütün turistlərə martın 7-dək ölkəni tərk etmək əmri verilmişdi.
Ruslar üçün viza müddətinin uzadılmasının dayandırılması ilə bağlı məlumatlar Rusiya vətəndaşlarının adada davranışı ilə bağlı xəbərlər fonunda ortaya çıxıb.
Qeyd edilib ki, ötən ilin noyabrında Şri-Lanka Rusiya, Hindistan, İndoneziya, Çin, Malayziya, Tailand və Yaponiya vətəndaşlarına pulsuz vizaların verilməsi proqramına start verib.
QAZİLER.AZ