Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun yetişməmiş siyasətçi olduğunu deyib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla bildirir.
Onun fikrincə, bunu dövlət başçısının hər bir ziddiyyətə və ya təhqirə necə şiddətlə reaksiya verməsindən də görmək olar.
"O, edilən təhqirin cavabında həmin şəxsi alçaltmaq istəyir”, - Filippo deyib.
Onun fikrincə, bu, yeniyetmənin hay-küyünə bənzəyir. Partiya liderinin sözlərinə görə, Makron dövlətin məsuliyyətli lideri kimi görünmür.
QAZİLER.AZ