"Rusların amerikalılara qarşı heç bir mənfi hissləri yoxdur və ölkələrin münasibətləri ABŞ hakimiyyətinin yürütdüyü siyasətlə müəyyənləşir".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ümumdünya Gənclər Festivalının sessiyası zamanı deyib.
“Amerika xalqına qarşı heç bir mənfi hisslərimiz yoxdur. Mənim ABŞ-da çox yaxşı yoldaşlarım var”, - Lavrov bildirib.
O, həmçinin qeyd edib ki, Amerika rəhbərliyinin Rusiya ilə bağlı ideyalar toplusu iki ölkənin gələcək münasibətlərini müəyyən edə biləcək. Onun sözlərinə görə, Rusiya istənilən ABŞ prezidenti ilə işləyəcək, lakin hər şey Amerika hakimiyyətinin Rusiyaya qarşı siyasətini necə aparacağından asılı olacaq.
QAZİLER.AZ