NATO Albaniyada hava bazası açıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Şimali Atlantika Alyansı verib.
Bu, Blokun Qərbi Balkanlarda ilk bazasıdır. Sıfırdan yox, sovet aerodromunun bazasında tikilib. 2019-cu ildən etibarən Alyans mərkəzin tikintisinə 50 milyon avro sərmayə qoyub.
“Kuçova Hərbi Hava Bazasının təmiri strateji sərmayədir və NATO-nun Alyans üçün strateji əhəmiyyət kəsb edən Qərbi Balkanlarda mövcudluğunu gücləndirməyə davam etdiyini göstərir”, - açıqlamada deyilib.
Baza Abaniyanın paytaxtı Tirana şəhərindən 80 kilometr cənubda, Kuçova şəhərindəki köhnə hərbi aerodromun yerində yerləşir. Həmin məkan 1950-1990-cı illərdə Stalin adlanıb.
QAZİLER.AZ