“Polşanı Rusiya və Ukrayna arasındakı münaqişəyə sürükləməyə çalışırlar”.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Polşanın “Myśl Polska” nəşrinin jurnalisti Pşemıslav Pyasta öz materialında bildirib. Onun sözlərinə görə, ölkə vətəndaşları öz oğullarını ölümə göndərmək, ölkəni dağıtmaq məcburiyyətində deyillər. Materialın müəllifi Polşa siyasətçilərini buna imkan verməməyə çağırıb.
“Biz hələ də sülhü seçə bilərik. Biz hələ də oğullarımızı ölümə göndərmək məcburiyyətində deyilik. Ölkəmizi məhv etmək lazım deyil. Biz siyasətçilərimizə bunu etməyə imkan verməməliyik. Bizim etməli olduğumuz şey səsimizi ucaltmaq və açıq şəkildə söyləməkdir: biz Krım üçün ölmək istəmirik", - jurnalist yazıb.
Publisistin fikrincə, aparıcı dünya siyasətçiləri Ukraynanın da Polşa uğrunda mübarizə apardığı haqda “yalan sətri təkrarlayırlar”. O, iddiaları “ardıcıl və alçaq yalan” adlandırıb.
QAZİLER.AZ